Gürcüstanda milli təhlükəsizlik məsələləri üzrə şura yenidən qurulacaq

Gürcüstanın Milli Təhlükəsizlik Şurası yenidən qurulacaq. Bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria jurnalistlərə bildirib.

Gürcüstanın Milli Təhlükəsizlik Şurası yenidən qurulacaq.

Bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria jurnalistlərə bildirib.

O deyib ki, şura gələn ilə qədər yeni formatda təşkil olunacaq və Baş nazirə tabe olacaq:

"Dekabr ayının 1-nə qədər parlamentdə bu məsələ ilə bağlı qanunvericilik təşəbbüsünün irəli sürülməsi nəzərdə tutulub".

Qeyd edək ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin bu gün imzaladığı konstitusiya dəyişikliklərinə əsasən, yeni dövlət başçısının inauqurasiyasından sonra prezident yanında məşvərətçi orqan olan Milli Təhlükəsizlik Şurası ləğv olunacaq.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31