Zeman fikrindən dönmür: Çexiyanın baş naziri yenə Babiş olacaq
21 Noyabr 2018 18:01 DünyaÇexiyanın beş müxalifət partiyası Prezident Zemandan müraciətlə xahiş edib ki, əgər Çexiya parlament hökumətə etimadsızlıq bildirərsə, Andrey Babiş yenidən ölkənin baş naziri təyin edilməsin.
Prezident qətiyyətli olduğunu bildirib və Babişi dəstəklədiyini təsdiqləyib. Onun sözlərinə görə, cümə günü keçiriləcək səsvermənin nəticələrindən asılı olmayaraq hökumətin indiki başçısı yenə baş nazir olacaq.
Prezidentin mətbuat katibi İrji Ovçaçek təsdiqləyib ki, Zeman öz qərarını dəyişməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31