IKEA kompaniyası 7,5 min əməkdaşını işdən çıxaracaq

İsveçin IKEA kompaniyası biznesin inkişafı strategiyasının dəyişdirilməsi çərçivəsində 30 ölkədə 7,5 min əməkdaşını işdən azad etməyi planlaşdırır. Hazırda IKEA-da təxminən 160 min nəfər çalışır.

Bununla yanaşı, kompaniya dünyanın ən böyük 30 meqapolisində mağazalar açmaqla 11,5 min yeni iş yeri yaratmaq niyyətindədir. Eyni zamanda, IKEA online-ticarət sahəsinə investisiyanı artırmağı nəzərdə tutur.

IKEA kompaniyası mebel və məişət əşyaları ticarətində dünyanın ən iri pərakəndə satış şəbəkələrindən biridir. Onun 50-dən çox ölkədə 422 mağazası fəaliyyət göstərir. Ötən maliyyə ilində bu mağazalara 957 milyon müştəri gəlib. Həmin dövr ərzində kompaniyanın 35 ölkədə fəaliyyət göstərən internet-mağaza saytlarına isə 2,5 milyard baxış olub.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31