Avropa İttifaqı: "İtaliyanın dövlət borcu Avropa Komissiyası qarşısında başlıca problemdir"

Avropa Komissiyası İtaliyanın dövlət borcunun hədsiz artmasından çox narahatdır.

Avropa Komissiyası İtaliyanın dövlət borcunun hədsiz artmasından çox narahatdır.

Bu barədə keçirdiyi mətbuat konfransındaAvropa İttifaqının iqtisadiyyat və maliyyə komissarı Pyer Moskoviçiməlumat verib.

"İtaliyanın dövlət borcunun yaxın iki il ərzində azalması görünmür və bu da bizim üçün başlıca qayğı mənbəyi olaraq qalır", - deyə komissar qeyd edib.

Daha əvvəl Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis İtaliyanın 2019-cu il büdcə layihəsinin Aİ-dəki büdcə qaydalarından xeyli kənara çıxdığını, İtaliya hökumətinin bundan əvvəl üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirmişdi.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31