Gürcüstanda yol qəzasında ağır xəsarət alan nazir müavini Türkiyəyə aparılıb

Gürcüstanda yol qəzasında ağır xəsarət alan təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadze Türkiyəyə aparılıb.

Gürcüstanda yol qəzasında ağır xəsarət alan təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadze Türkiyəyə aparılıb.

Nazir müavininin müalicəsi Türkiyədəki klinikalardan birində davam etdiriləcək.

M.Giorqadzenin vəziyyətinin sabit ağır olduğu bildirilir.

Qeyd edək ki, M.Giorqadze noyabrın 17-də Kaxeti bölgəsində yol qəzasına düşüb. Onun idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nazir müavini qabırğalarının sınıqları, ağciyərdə ikiqat zədələnmə və ağır kəllə-beyin travması ilə öncə Telavi Xəstəxanasına yerləşdirilib. Daha sonra onun müalicəsi İnqorovka adına Klinikada aparılıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31