İran Yaponiya və Cənubi Koreyaya neft ixracını bərpa edəcək
21 Noyabr 2018 16:36 DünyaDekabr-yanvar aylarında İrandan Yaponiya və Cənubi Koreyaya neft ixraxcı bərpa ediləcək.
Bu barədə Milli İran Neft Şirkəti (NIOC) məlumat verib.
Şirkətin saytında verilən məlumata görə, Yaponiyanın ən böyük neft emalı şirkəti olan "JXTG Holdings" dekabr ayından neft alışını bərpa etməyi planlaşdırır, "Fuji Oil Co" isə yanvar ayından neft və kondensat almağa başlayacaq. Elə Cənubi Koreya da neftin alışını yanvar ayından etibarən həyata keçirəcək.
Xatırladaq ki, daha əvvəl sanksiyalar şəraitində ABŞ bu ölkələrə və daha altı ölkəyə İran neftinin alması üçün müvəqqəti icazə verib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31