Səudiyyə Ərəbistanı neft hasilatını rekord səviyyəyə qədər artırıb

Səudiyyə Ərəbistanı noyabr ayının əvvəlində sutkda 10,8 - 10,9 milyon barel neft hasil edib.

Bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbəyinə istinadən bildirib.

Eyni zamanda müəyyən günlərdə daxili və xarici ehtiyatlar hesabına bazara çatdırılma 11 milyon barel/sutkadan çox olub. Bununla ölkə neft istehsalını tarixi maksimum göstəriciyə çatdırıb.

Qeyd edək ki, bundan əvvəlki hasilat rekordu 2016-cı ilin noyabr ayında 10,72 milyon barel/sutka səviyyəsində olub. 2017-ci ilin yanvar ayında isə hasilat 9,8 milyon barel/sutkaya qədər aşağı düşüb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31