Tramp və Putin vəliəhdlə görüşəcək
21 Noyabr 2018 15:52 DünyaABŞ Prezidenti Donald Tramp Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla görüşməyə hazır olduğunu açıqlayıb.
Bu barədə RİA informasiya yayıb.
Məlumata görə, Ağ Evin rəhbəri Məhəmməd bin Salmanın Argentinadakı G20 zirvəsinə qatılacağı halda onunla danışacağını bildirib.
Kreml də Putinlə vəliəhdin görüşünü istisna etməyib. Kremldən verilən açıqlamada G-20 zirvəsində Rusiya Prezidenti Vladimir Putinin də vəliəhdlə görüşə biləcəyi qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31