Gürcüstan Milli Təhlükəsizlik Şurası ləğv olunub
21 Noyabr 2018 15:46 DünyaGürcüstan Milli Təhlükəsizlik Şurası ləğv olunub.
Gürcüstan PrezidentiGiorgi Marqvelaşvili konstitusiyaya müvafiq dəyişiklikləri imzalayıb.
Yeni prezidentin inauqurasiyasından sonra qüvvəyə minəcək dəyişikliklərə əsasən, dövlət başçısı yanında məşvərətçi orqan olan Milli Təhlükəsizlik Şurası ləğv olunacaq.
Gürcüstan Prezidentinin parlament üzrə nümayəndəsi Ana Natsvlişvili bildirib ki, G.Marqvelaşvilinin çoxsaylı müraciətlərinə baxmayaraq, Milli Təhlükəsizlik Şurasına alternativ orqan yaradılmayıb.
Qeyd edək ki, Gürcüstan Milli Təhlükəsizlik Şurası ölkənin milli hərbi strategiya və müdafiə sisteminin təşkili məsələləri ilə məşğul olurdu. Şuranın həmçinin ölkədə hərbi və ya fövqəladə vəziyyət elan etmək səlahiyyəti də var idi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31