Tramp hücuma keçmək istədi, müşaviri qorxutdu

ABŞ Prezidenti Donald Tramp özünün iki siyasi rəqibi - demokratların namizədi Hillari Klinton və FTB-nin keçmiş sədri Ceyms Komi barəsində istintaq başladılması üçün Ədliyyə Nazirliyinə göstəriş verməyi planlaşdırıb.

Bu barədə "Nyu York Tayms" informasiya yayıb.

Məlumata görə, Tramp bu niyyəti barədə Ağ Evdəki müşavirlərinə danışıb. Prezidentin müşavirlərindən Donald Makqan isə prezidentin təklifini rədd edib və onun belə bir səlahiyyəti olmadığını, belə bir addımın Trampın vəzifə səlahiyyətlərindən sui-istifadəsi kimi qiymətləndiriləcəyini bildirib.

Makqan Trampa rəqibləri barəsində istintaq başlatmaq göstərişi verəcəyi halda bunun bir sıra ağır nəticələrinin olacağı, hətta impiçmentin də mümkün olduğu barədə xəbərdarlıq edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31