Maldiv adaları Britaniya Birliyinə üzvlüyünü bərpa edib

Maldiv adaları Respublikasının Prezidenti İbrahim Məhəmməd Solih Maldiv adalarının Britaniya Birliyinə üzvlüyünün bərpa edilməsinə qərar verib.

Maldiv adaları Respublikasının Prezidenti İbrahim Məhəmməd Solih Maldiv adalarının Britaniya Birliyinə üzvlüyünün bərpa edilməsinə qərar verib.

Qərar respublikanın Nazirlər Kabinetinin noyabrın 19-da keçirilmiş iclasının yekunlarına əsasən qəbul edilib. Nazirlər ölkəni Britaniya Birliyinə qaytarmağın üstünlüklərini qeyd ediblər. Onların fikrincə, üzvlük gənclər üçün beynəlxalq təhsil təqaüdlərinin alınmasını asanlaşdıracaq, həmçinin yerli idmançıların beynəlxalq yarışlarda iştirakını artıracaq.

Qeyd edək ki, bu birlik dünyada ən qədim dövlətlərarası təşkilatdır. Onun tərkibinə Böyük Britaniya və onun sabiq müstəmləkələrinin, demək olar, hamısı daxildir. Hazırda 53 müstəqil dövlət bu təşkilatın üzvüdür.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31