Saakaşvili bir daha bəyan etdi: "Hakimiyyətə qayıtmıram"
21 Noyabr 2018 15:04 DünyaMən hakimiyyətə qayıtmaq istəmirəm.
Bunu "Palitranyus" televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
"Biz Gürcüstan tarixində ən uğurlu hökumətlərdən biri olmuşuq, lakin həmin hakimiyyət artıq geri dönməməlidir. Mən heç hara dönməyə hazırlaşmıram, Gürcüstanda heç bir vəzifə istəmirəm. Mən sadəcə Vaşadzeni dəstəkləyəcəyəm. Mənim bu insanlara verəcək təcrübəm var", - deyə o bildirib.
Qeyd edək ki, Saakaşvili bundan öncə də Gürcüstanda hakimiyyətə qayıtmaq istəmədiyini bildirmişdi
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31