Tramp 2 hind quşunu “bağışladı”
21 Noyabr 2018 14:12 DünyaABŞ prezidenti Donald Tramp amerikalı liderlərin ənənələrini davam etdirərək Şükran günü ilə əlaqədar iki hind quşunu simvolik olaraq "bağışlayıb".
Quşlar yemək olmaqdan canlarını qurtararaq Virciniyadakı fermaya göndəriliblər.
"Çox şadam ki, Carrot və Peas bu gün seçilən xoşbəxt hind quşu oldular. Onlar səsvermə yolu ilə seçilərək bağışlanıblar", - deyə Tramp bildirib.
Qeyd edək ki, Şükran günü noyabrın 22-də qeyd edilir.
"Qafqazinfo"
![]()

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31