Keniyada italiyalı qız oğurlandı

Keniyada silahlı şəxslər  23 yaşlı İtaliya vətəndaşını oğurlayıblar.

Bu barədə ölkə polisinin rəsmi tvitter hesabında məlumat yayılıb. Bildirilir ki, Malindi şəhəri yaxınlığındakı ticarət mərkəzinə bir qrup silahlı kişi hücum edib. Onlar ətrafı atəşə tutublar və bu zaman 5 nəfər yaralanıb. Məlumata görə, yaraqlılar daha sonra "Miele Onlus" qeyri-hökumət təşkilatında könüllü işləyən 23 yaşlı qızı qaçırıblar.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31