Rusiya İrana güzəşt əvəzində ABŞ-a nə təklif edib?

Rusiya İsrail və ABŞ-a İrana qarşı sanksiyaların ləğvi qarşılığında Suriyadan İran qoşunlarının çıxarılmasını təklif etməyib.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

Qeyd edək ki, bundan öncə "Axios" portalı Rusiyanın İsrail və ABŞ-a İranla bağlı təklif irəli sürdüyü haqqında məlumat yayıb. Portalın iddiasına görə, Moskva ABŞ-dan İrana qarşı sanksiyaları ləğv etməyi istəyib və buna qarşılıq olaraq Suriyadan İranı çıxardacağını vəd edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31