Saakaşvili sərvətindən danışdı

Ailə üzvlərimin hesablarına və daşınmaz əmlaklarına həbs qoyulub.

Bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. O bildirib ki, mövcud mülkiyyəti Gürcüstanın hazırki deputatlarının əmlaklarından dəfələrlə azdır:

"Mən o insanam ki, təxminən 9 il prezident oldum və heç nəyə sahib deyiləm. Mənim mülkiyyətim Beseliya və Sessiaşvilinin mülklərindən (gürcü deputatlar) 10 dəfə azdır. Lakin bütün dünya məni tanıyır".

Keçmiş dövlət rəhbəri vurğulayıb ki, məhz o, bu mənada ədalətsizliyə məruz qalıb:

"Mənim nənəm də belə öldü. Onun hesablarına həbs qoyuldu. O cümlədən 16 illik "Honda"ya... Anamın mənzilinə - mənim yeganə mülkiyyətimə həbs qoyulub".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31