BMT-nin baş katibi Əfqanıstanda törədilən terror aktını pisləyib

BMT-nin baş katibi Antoniu Quttereşvə beynəlxalq təşkilatın Təhlükəsizlik Şurası Əfqanıstanda törədilən terror aktını qəti şəkildə pisləyib.

Bu barədə baş katibin mətbuat xidmətinin açıqlamasında bildirilir.

"Baş katib Kabildə dini bayramı qeyd etmək üçün toplaşmış əfqanlara hücumu qəti şəkildə pisləyir", - deyə Quttereşin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Baş katib bundan əlavə həlak olanların ailələrinə və yaralananlara başsağlığı verib. BMT-nin Təhlükısizlik Şurası da həmçinin cinayətkarın hərəkətini pisləyib.

"Təhlükəsizlik Şurasının üzvləri terrorizmin bütün formalarının beynəlxaq sülhə və təhlükəsizliyə ən ciddi təhlükə olduğunu təsdiqləyirlər", - deyə Təhlükəsizlik Şurasının bəyanatında bildirilir.

Qeyd edək ki, Kabildə partlayış törədilib. Hadisə nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31