Tramp dünyanın ən "qaynar" bölgələrindən birinə səfər etmək arzusundadır
21 Noyabr 2018 11:27 DünyaABŞ prezidenti Donald Tramp bildirib ki, o, dünyanın ən "qaynar" nöqtələrindən birinə getmək istəyir.
Bildirilir ki, Ağ Ev rəhbəri hərbi əməliyyatların aparıldığı ölkəyə səfər etmək niyyətini nəzərdə tutub. Lakin Donald Tramp məhz hansı ölkəyə getmək istədiyini açıqlamayıb.
ABŞ prezidenti daha əvvəl bildirib ki, Birləşmiş Ştatların dislokasiya olunmuş hərbçilərini ruhlandırmaq üçün hərbi əməliyyat zonalarından birinə getməyi planlaşdırır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31