Səudiyyə vəliəhdi jurnalistin qətlindən sonra ilk dəfə xaricə səfər edəcək
20 Noyabr 2018 14:14 DünyaSəudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra ilk dəfə xarici ölkəyə rəsmi səfər edəcək.
Bunu Krallığın energetika naziri Xalid Əbdüləziz əl-Falih bildirib.
Onun sözlərinə görə, vəliəhd noyabrın 30-dan dekabrın 2-dək Argetinda keçiriləcək "G-20"liyin zirvə toplantısına qatılacaq. Nazir Məhəmməd bin Salmanın Argentinadan başqa daha hansı ölkələrə gedəcəyi ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda "Vaşinqton post" qəzetinin əməkdaşı Camal Qaşıqçı öldürülüb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31