Barselonada sərnişin qatarı relsdən çıxıb, ölən və yaralananlar var

Barselona yaxınlığında sərnişin qatarı relsdən çıxıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

"El Nacional" qəzetinin Katalonya hökumətinə istinadən verdiyi məlumata görə, hadisə yerinə 8 təcili tibbi yardım maşını və 14 xilasetmə qrupu gəlib.

Kataloniya Regional Mülki Müdafiə İdarəsi "Twitter" səhifəsində qatarın relsdən çıxmasının torpaq sürüşməsi ilə bağlı olduğunu bildirib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31