85 saniyədə satışdan 1 milyard dollar qazandılar

Çinin ən böyük online alış-veriş platforması Alibaba, "Subaylar Günü"nün ilk 85 saniyəsində satışdan 1 milyard dollar qazandı.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, "Alibaba", ölkədə hər il qeyd olunan "Subaylar Günü"ndə 1 milyard dollarlıq satışa 1 dəqiqə 25 saniyədə çataraq yeni bir rekord qırıb. Platformadan edilən satışlar 10 dəqiqədə 4 milyard 680 milyon dollara çatıb. "Alibaba" ötən il Bekarlar Günündə 24 saatda satışdan 25 milyard dollar gəlir əldə etmişdi.

"Subaylar Günü", ABŞ-da ən çox alış-veriş edildiyi Super Cümə (Black Friday) və Siber Bazar ertəsi (Cyber Monday) ilə rəqabət aparır.

Qeyd edək ki, Çində 1990-cı illərdə universitet şagirdləri tərəfindən "Sevgililər Günü"nə alternativ olaraq qeyd olunan "Bekarlar Günü", 2009-ci ildən bu yana shopping festivalına çevrilib. Subayların özlərinə hədiyyə etdiyi festivalın ilk ilində "Alibaba"dan 8 milyon dollarlıq online alver edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31