Türkmənistan Avropaya qaz nəqli ilə bağlı danışıqlar aparır
12 Noyabr 2018 18:40 DünyaTürkmənistan Avropaya qaz nəqli imkanlarını nəzərdən keçirir və bununla bağlı danışıqlar aparır.
Bunu Türkmənistan Prezidentinin neft-qaz üzrə müşaviri Yaxşıgəldi Kakayev Əbu-Dabidə bildirib.
"Biz Avropa istiqamətində ixrac marşrutlarına baxır, Avropa Komissiyası və digər tranzit ölkələr ilə bununla bağlı aktiv şəkildə danışıqlar aparırıq. Yəni biz yerimizdə dayanmırıq", - o əlavə edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31