Putin Trampla Argentinada görüşəcək - Kreml
12 Noyabr 2018 18:24 DünyaRusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında dekabr ayının sonu Argentinada G20 sammiti çərçivəsində görüş keçiriləcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, görüşdə əsas müzakirə ediləcək məsələlərdən biri ABŞ-ın orta və kiçik mənzilli raketlərin ləğvi müqaviləsindən çıxmaq qərarı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31