Fransada Merkeli Makronun arvadı ilə səhv saldılar - Video

Fransada Birinci Dünya müharibəsinin başa çatmasına həsr olunmuş tədbir çərçivəsində vətəndaşlarla görüşən Almaniya kansleri Angela Merkeli Fransanın birinci xanımı Bricit Makronla səhv salıblar.

Hadisə Fransanın Uaza departamentinin Retond kommunasında baş verib.

Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel vətəndaşlarla görüşərkən yaşlı bir fransız qadın əvvəlcə Makronla görüşüb, daha sonra Merkelə müraciət edərək ona "madam Makron" deyib.

Alman hökumətinin rəhbəri özünü alman dilində qadına təqdim edib. Kadrlarda 100 yaşlı qadının bundan sonra hələ də Fransanın birinci xanımı ilə danışdığına inanması nəzərə çarpıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31