Sərkisyanın “sağ əli” siyasətdən gedir
7 Noyabr 2018 14:57 DünyaErmənistan parlamentinin spikeri Ara Babloyan qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb.
Bu barədə Babloyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Babloyan siyasi həyatına nöqtə qoyduğunu və bundan sonra oğluna məxsus "Arabkir" klinikasında tibb sahəsində fəaliyyətini davam etdirəcəyini söyləyib.
Respublikaçılar Partiyasının seçkilərdə iştirak etməli olduğunu qeyd edən Babloyan partiyanın şanslarını qiymətləndirməkdə çətinlik çəkib. O, hazırda partiya daxilində islahatlar aparıldığını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31