“Respublikaçılar əməldə xalqa xidmət etdiklərini göstərməlidirlər”

"Respublikaçılar Partiyası səhvlərini etiraf edərək sözdə deyil, əməldə xalqa xidmət etdiklərini göstərməlidirlər".

Bunu Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan bildirib.

O vurğulayıb ki, keçmiş hakim partiya dekabrın 9-da keçiriləcəknövbədənkənar parlament seçkilərində iştirak etməlidir.

Xatırladaq ki, noyabrın 1-də Ermənistan parlamenti buraxılıb.

Ermənistan KİV-inin yazdığına görə, Respublikaçılar Partiyası seçkilərdə iştirakını tam müəyyənləşdirməyib.

Keçmiş müdafiə naziri deyib ki, müxalifətdə olmaq imtiyaz və inzibati vasitə deyil, çox da yüksək olmayan ictimai mövqedir.

Qeyd edək ki, Vigen Sarkisyan 2016-c il oktyabrın 3-dən 2018-ci il mayın 8-dək Ermənistanın müdafiə naziri olub. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31