Ya İranı, ya da ABŞ-ı seçməliyik – İrəvanda çarəsiz durum
7 Noyabr 2018 13:56 Dünyaİrəvanın İranla münasibətlərini minimuma endirməsi üçün ABŞ-ın Ermənistana təzyiqləri davam edəcək.
Bunu jurnalistlərə açıqlamasında Daşnaksütyun Partiyasının Siyasi Məsələlər üzrə rəhbəri Kiro Manoyan deyib.
"Təzyiqlər davam edəcək. ABŞ-da bu cür qərar verilib. Bu qərarın nə dərəcə ədalətli olması başqa məsələdir. Bizim üçün məsələ çox çətindir. Eyni anda həm ABŞ-ı razı salıb, həm də İranla münasibətləri qorumaq olmaz. Yeganə yol ABŞ-dakı erməni diasporunun Ermənistanın heç bir alternativinin olmamasını Vaşinqtona anlada bilməsidir", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31