Kamerunda qaçırılan 78 məktəbli girovluqdan azad olunub
7 Noyabr 2018 13:30 DünyaKamerunda silahlı şəxslərin qaçırdığı 78 şagird və məktəbin sürücüsü sərbəst buraxılıb.
Onlar ölkənin şimal-qərbində yerləşən və əhalisinin əksəriyyəti ingilis dilində danışan Bamenda şəhərindəki məktəblərdən birində təhsil alan uşaqlardır.
Silahlılar məktəb müdirini və bir müəllimi isə hələ də girov saxlayırlar.
Qeyd edək ki, noyabrın 5-də Kamerunda 81 nəfər qaçırılıb. Hadisəni kimin törətdiyi açıqlanmayıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31