Qazaxıstan Rusiya əvəzinə ABŞ raketini seçdi
7 Noyabr 2018 13:11 DünyaQazaxıstan özünün iki peykini - "KazSaySat" və "KazistiSat"ı ABŞ-ın "Speys X" şirkətinin "Falkon 9" raketləriylə kosmosa göndərəcək.
Bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Müdafiə və Aerokosmik Sənayesi Nazirliyinin mətbuat katibi Aseta Nurkenova deyib. O, belə seçimin yalnız maliyyə göstəricilərinə görə edildiyini bildirib. Belə ki, "Speys X" Astanaya daha ucuz qiymət təklif edib.
Nurkenova peykin 19 noyabrda Kaliforniyanın Vandenberq hərbi bazasından kosmosa göndəriləcəyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31