İspaniyadan Qaşıqçı açıqlaması: "Diz çökmədik"

İspaniya qətlə yetirilən jurnalist Camal Qaşıqçı ilə bağlı Səudiyyə Ərəbistanı qarşısında diz çökmədi.

Bu fikri İspaniyanın Xarici İşlər naziri Jozef Borrel Qaşıqçı cinayəti ilə bağlı İspaniyanın sərt mövqe sərgiləməməsinə münasibət bildirərkən deyib.

İspaniyanın Səudiyyə Ərəbistanı qarşısında həm ticarət əlaqələrini, həm də prinsip və dəyərləri müdafiə edən bir nöqtədə olduğunu deyən Borrel Qaşıqçı cinayətinin "aysberqin görünən hissəsi" olduğunu vurğulayıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31