Tuskdan xəbərdarlıq: Bu ölkə AB-dən qovulacaq

Polşa Avropa Birliyindən çıxa bilər.

Bunu jurnalistlərə açıqlamasında Avropa Şurasının rəhbəri Donald Tusk deyib. Onun sözlərinə görə, Polşanın AB-dən çıxmasına hakim Haqq və Ədalət Partiyasının məhkəmə orqanlarının işinə müdaxiləsi səbəb ola bilər.

O, Polşa ətrafında yaranan situasiyanın çox ciddi olduğunu bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31