ABŞ üç rus milyarderi Davosa buraxmadı

Rusiyalı üç milyarder Davos Ümumdünya İqtisadiyyat Forumuna dəvət edilməyib.

"Faynənşl Tayms" foruma dəvət edilməyən biznesmenlərin VTB-nin sədri Andrey Kostin, "Renova"nın rəhbəri Viktor Vekselberq və "Rusal"ın rəhbəri Oleq Deripaska olduğunu yazıb. Onlara artıq bu barədə məlumat verilib.

Təşkilatçıların belə qərar qəbul etməsinə ABŞ-ın təzyiqlərinin səbəb olduğu iddia edilir. Bu həmçinin təşkilatçıların son 9 ildə ilk dəfə Davosa Rusiya Prezidenti Vladimir Putini dəvət etmək planını da məhv edib.

Qeyd edək ki, hər üç biznesmen apreldən bu yana ABŞ-ın sanksiyalar siyahısındadır.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31