Ağ ev seçkilərin ilkin nəticələrini şərh edib

ABŞ Prezidenti Administrasiyası aralıq seçkilərin ilkin nəticələrindən razıdır.

Bu barədə Ağ evin mətbuat katibi Sara Sanders bildirib.

"Hazırda əldə olunanlardan məmnunuq. Bu, ABŞ Prezidenti Donald Tramp üçün yaxşı bir axşam oldu", - S.Sanders deyib.

Son proqnozlara görə, Respublikaçılar ABŞ Senatında çoxluğu təmin edib, lakin Nümayəndələr Palatasında çoxluğu itirib.

Daha əvvəl S.Sanders D.Trampıən aralıq seçkilərinin nəticələrini ailəsi və dostları ilə izləyəcəyini bildirib.

"Fox News" telekanalı Demokratlar Partiyasının Nümayəndələr Palatasına nəzarəti ələ alacaqlarını proqnozlaşdırır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31