Mərakeş kralı Əlcəzairi münasibətlərin bərpası üçün dialoqa çağırır

Mərakeş kralı VI Məhəmməd qonşu Əlcəzairi iki ölkə arasında əlaqələrin bərpası üçün dialoqa çağırır. Kral bunu deyib:

"Mövcud olan fikir ayrılıqlarını geridə qoymaq üçün Mərakeşin qardaş Əlcəzairlə açıq dialoq qurmağa hazır olduğunu elan edirəm".

Kral iki ölkə arasında siyasi mexanizm yaratmağı təklif edib. "Mexanizmin rolu - ikitərəfli münasibətlər arasında olan məsələlərin açıq və obyektiv şəkildə nəzərdən keçiirlməsidir", deyə kral izah edib. Bundan əlavə komissiya terrorçuluqla mübarizə və qeyri-leqal miqrasiya ilə mübarizə kimi regional məsələlərdə əməkdaşlığa start verməlidir.

Xatırladaq ki, Qərbi Sahara olan ərazi iddialarına görə iki ölkə arasında 1994-cü ildən quru sərhədi bağlıdır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31