Paşinyan millətçilərin liderini azadlığa buraxdı

Ermənistanın ultrasağçı Çexakron Partiyasının sədri Şant Arutyunyan azadlığa buraxılıb.

Bu barədə məlumatı "Nyus.am" saytı yayıb.

Qeyd edək ki, Arutyunyan 2014-cü ildə 6 il həbs cəzasına məhkum edilib. O, 2013-cü ildə prezident iqamətgahı qarşısında mitinq təşkil etdiyinə və burada polisə müqavimət göstərdiyinə görə həbs edilmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31