NATO 2024-cü ilədək Əfqanıstan ordusunu maliyyələşdirəcək
6 Noyabr 2018 17:04 Dünya"NATO Əfqanıstan ordusunu azı 2024-cü ilə qədər maliyyələşdirməyə davam edəcəyini təsdiq edib".
Bunu Əfqanıstan PrezidentiƏşrəf Qəni NATO baş katibi Yens Stoltenberqlə Kabildə keçirilən mətbuat konfransında deyib.
O, bu dəstəyə görə Stoltenberqə minnətdarlığını bildirib.
Qeyd edək ki, söhbət ildə, təxminən, 4 milyard dollardan gedir. Bu məbləğin 1 milyardını NATO ölkələri, 3 milyardını isə ABŞ ayıracaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31