Makrona hücumun qarşısı alınıb - 6 nəfər saxlanılıb

Fransada təhlükəsizlik əməkdaşları ölkə prezidenti Emmanuel Makrona hücum planlaşdıran 6 nəfəri saxlayıblar.

Saxlanılanların radikal görüşlü şəxslər olduğu bildirilir.

Məlumata görə, xüsusi əməliyyatlar İzer, İl-Vilen və Mozel departamentlərində keçirilib.

Hazırda saxlanılan şəxslərlə bağlı araşdırma aparılır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31