Hindistan İrandan sutkada 300 min barel neft ala biləcək
6 Noyabr 2018 15:38 DünyaABŞ Hindistana İrandan sutkada 300min barel neft almaqla İslam Respublikasına qarşı sanksiyalardan yayınmağa icazə verib.
Bu barədə "Bloomberg" agentliyi vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat verib.
"İrana qarşı sanksiyalar çərçivəsində ABŞ-ın xüsusi icazəsi Hindistanın neft emalı zavodlarına sutkada 300 min barrelə qədər İran nefti idxal etməyə imkan verir", - agentlik yazır. Qeyd olunur ki, belə istisnanın müddəti 180 gündür.
Agentliyin hesablamalarına görə, 2017-ci ildə İran Hindistana sutkada, təxminən, 450 min barel neft verib, 2018-ci ildə neft ixracı orta hesabla sutkada 560 min barel səviyyəsində olub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31