Türkiyənin Rusiyadakı səfirinin səlahiyyət müddəti başa çatır
6 Noyabr 2018 15:33 DünyaTürkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz yaxın iki ay ərzində vətənə qayıdacaq.
Bu barədə səfir özü jurnalistlərə bildirib.
H.Diriöz bunu diplomatik səlahiyyətinin başa çatması ilə əlaqələdirib: "Türkiyəyə qayıtdıqdan sonra hansı vəzifədə çalışacağım hələlik bəlli deyil, amma Moskva ilə işləməyə davam edəcəyimizə əminəm".
Qeyd edək ki, H.Diriöz 2016-cı ildən Türkiyənin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. Daha əvvəl bildirildiyi kimi, onun yerinə keçmiş Ukraynadakı səfir olan XİN-nin Konsulluq xidmətinin başçısı Mehmet Samsar təyin olunub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31