Türkiyə başına 4 milyon pul qoyulan terrorçunu məhv etdi

Türkiyənin "Qırmızı siyahı"ya daxil etdiyi PKK terrorçusu Masiro kod adlı Bədirxan Abo öldürülüb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçu oktyabrın 31-də Cudi dağında keçirilən hava əməliyyatı nəticəsində öldürülüb. 1991-ci ildən PKK üzvü olan terrorçunun başına Türkiyə dövləti 4 milyon lirə pul mükafatı qoymuşdu. axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31