Ozon təbəqəsi 42 il sonra tam bərpa olunacaq
6 Noyabr 2018 15:05 DünyaYerin ozon təbəqəsi 2000-ci ildən başlayaraq hər 10 il üçün 1-3% bərpa olunur.
Bu məlumatı Ümumdünya Meteorologiya Təşkilatı yayıb. Məlumata görə, ozon təbəqəsi Monreal protokolu sayəsində bərpa olunur. Bu templə gedəcəyi təqdirdə 2030-cu ilə qədər Şimal yarımkürəsində ozon təbəqəsinin tam bərpa olunacağı bildirilib. Bütün planetdə isə ozon təbəqəsinin 2060-cı ildə bərpa olunacağı açıqlanıb.
Qeyd edək ki, Monreal protokolu 1985-ci ildə imzalanıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31