ABŞ-da aralıq seçkiləri başlayır
6 Noyabr 2018 14:49 DünyaABŞ-da aralıq seçkiləri başlayıb.
İlk seçki məntəqələri Vermont ştatında açılıb.
Aralıq seçkilərində Konqresin nümayəndələr palatasının tam heyəti, Senatın da üçdə biri seçiləcək. Hazırda hər iki palatada üstünlük Respublikaçılar Partiyasına məxsusdur. Belə ki, aşağı palatada 193 demokrata qarşı 236 nəfər respublikaçı var, daha altı yer isə boşdur.
Beləliklə, Demokratlar Partiyası üstünlük qazanmaq üçün daha 23 mandat əldə etməlidir.
Bu dəfəki seçkilərdə rekord sayda - 100 milyondan artıq seçicinin iştirak edəcəyi gözlənilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31