Milyonlarla müsəlmanın yaşadığı ölkədə namaz qılmaq qadağan edildi
6 Noyabr 2018 14:27 DünyaHindistanın Ali Məhkəməsi yeni qərar qəbul edib.
Bundan sonra Tac Mahal Türbəsində namaz qılmaq qadağan edilib. Bir müddət əvvəl isə burada cümə namazı qılmaq qadağan edilmişdi.
Məhkəmənin qərarından sonra Hindistanın arxeoloji araşdırmalar qurumu da türbədə dəstəmaz almaq üçün istifadə edilən su krantlarını möhürləyib. Tac Mahalın intizam komitəsinin sədri İbrahim Hüseyin məsələyə etiraz edib:
"Həm mərkəzi, həm də yerli hökumət müsəlmanlar əleyhinədir. Bu qadağanın heç bir məntiqi yoxdur".
Qeyd edək ki, iyun ayında Ali Məhkəmə Tac Mahal Türbəsində məscidə şəhər kənarından gələn müsəlmanların cümə namazını qılmağını qəbul edən qərar qəbul etmişdi.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31