Belarus Prezidenti: “Ölkəmizdə Rusiyanın hərbi bazasının yaradılmasına ehtiyac yoxdur”
6 Noyabr 2018 14:09 Dünya"Belarus ərazisində Rusiyanın hərbi bazasının yaradılmasına ehtiyac yoxdur".
Bunu Belarus PrezidentiAleksandr Lukaşenko ABŞ-dan olan bir qrup təhlilçi ilə görüşdə bildirib.
"Sizə Qərblə Şərq arasında istənilən xarici siyasət sahəsi deyil, həm də hərbi-siyasi qarşıdurmanın bizi təhdid etməsini açıqlamağa ehtiyac yoxdur. Biz istər qaynar, istərsə də dondulmuş olsun, heç bir münaqişədə qəti olaraq, maraqlı deyilik. Biz bunu qonşuların ərazisində istəmiriksə, özümüzdə bundan da artığını istəmirik", - Belarus lideri vurğulayıb.
O, Belrusun hərbi doktirinasının dinc xarakterli olduğunu vurğulayıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31