Felgenhauer: "Moskva İrəvanda istənilən ssenariyə hazırdır"
6 Noyabr 2018 13:39 Dünya8 noyabrda Astanada baş tutacaq KTMT görüşündə Ermənistan alyansın baş katiblik vəzifəsini qazanmaya bilər.
Bunu "168 Jam" qəzetinə açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.
"Xaçaturovla bağlı baş verənlər təşkilatın reputasiyasına ciddi zərbədir. Xaçaturovun cinayət işi Moskvada ciddi narahatlıq yaradıb. Belə ki, ilkin hazırlıq olmadan bu regionda təhlükəsizliyi təmin edən təşkilatın rəhbərinə qarşı təqib başladılıb. Ermənistan hakimiyyətinin qərarı KTMT-yə, Ermənistan-Rusiya münasibətlərinə zərbə oldu. Bu, həmçinin, KTMT-nin opponentlərinin öz planlarının icrası üçün bəhanə əldə etməyinə imkan yaratdı.
Bütün bunlar Ermənistanın təhlükəsizliyinin qarantı və İrəvana silah tədarükçüsü olan Rusiyanı narahat etməyə bilməz. Lakin Rusiya hazırkı zamanda baş verənləri sakit şəkildə izləyir. Yekunda bu həcmdə əməkdaşlıq ilk növbədə Ermənistana lazımdır. Rusiyanın özünün də Cənubi Qafqazla bağlı dəqiq siyasi xətti var və mümkün ola biləcək hadisələri diqqətlə izləyir. Məncə, Moskva Ermənistanda istənilən ssenariyə hazırdır. Belə ki, Ermənistanın təhlükəsizlik reallıqları, təhdidlər mövcuddur. NATO-ya gəlincə isə onu region hələlik maraqlandırmır", - deyə o bildirib.
axar.az