Sərkisyan partiya sədrliyindən gedir? - Şarmazanov
6 Noyabr 2018 13:37 DünyaRespublikaçılar Partiyasının rəhbərliyində heç bir dəyişiklik olmayacaq.
Bunu "Aysor.am" saytına açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar Partiyasının sədr müavini Eduard Şarmazanov deyib.
"Dəyişikliklər partiyanın qurultayında baş tuta bilər. Bunun üçün isə vaxt yoxdur. Seçkiyə hazırlaşmaq lazımdır, qurultaya vaxt yoxdur", - deyə o bildirib.
Qeyd edək ki, Respublikaçılar Partiyasının rəhbəri hələ də Ermənistanın eks-prezidenti Serj Sərkisyandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31