Yaponiya XİN: "İranla mümkün qədər tez hesablaşma üsulu yaratmalıyıq"
6 Noyabr 2018 13:35 DünyaRəsmi Tokio ABŞ-ın Yaponiya və digər 7 ölkəni İrana qarşı neft sanksiyalarının təsirindən qorumasına dair qərarı ilə əlaqədar mümkün qədər qısa zamanda İranla maliyyə hesablaşmaları üsulunu yaratmalıdır.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən bildirilib.
"ABŞ-ın bu qərarını nəzərə alaraq, mümkün qədər qısa müddətdə İranla maliyyə hesablaşması üsulları yaratmaq lazımdır. Bunun üçün bu məsələni maraqlı strukturlarla ətraflı şəkildə nəzərədən keçirmək niyyətindəyik", - Yaponiya XİN-dən deyilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp may ayında rəsmi Vaşinqtonun İranın nüvə proqramı üzrə sazişdən çıxdığını bəyan edib. O həmçinin İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci tərəflərə (İranla biznes aparan digər ölkələrə) qarşı sanksiyaların bərpa olunduğunu bildirib.
ABŞ avqustun 7-dən İrana qarşı sanksiyaların bir hissəsini tətbiq edib, neft ixracını əhatə edən digər hissə isə noyabrın 5-də qüvvəyə minib.
report