Emmanuel Makron: "ABŞ, Rusiya və Çindən qorunmaq üçün Avropanın kiber ordusu olmalıdır"
6 Noyabr 2018 13:29 Dünya"Əsl ümumavropa ordusu yaratmaq qərarına gəlməsək, avropalıları qoruya bilməyəcəyik. Özünü təkbaşına, ABŞ olmadan da qoruya bilən Avropaya sahib olmalıyıq".
Bunu Fransa Prezidenti Emmanuel Makron "Europe 1" radiostansiyasının efirində deyib.
Fransa Prezidenti qeyd edib ki, hazırda Avropa daxili demokratik proseslərinə və kiberməkanına müdaxilə edilməsi ilə əlaqədar bir çox cəhdlərlə üzləşir: "Ona görə də ABŞ, Rusiya və Çindən qorunmaq üçün Avropanın özünün kiber ordusu olmalıdır. Biz qorunmalıyıq!"
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31