ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsinin adı bu həftə açıqlanacaq

ABŞ prezidenti Donald Trampjurnalistlərə ölkənin BMT-dəki yeni daimi nümayəndəsinin adını bu həftənin sonunda açıqlayacağını bildirib.

Sözügedən vəzifə 17 dekabr 2017-ci il tarixindən bu işi icra edən Nikki Heylinin oktyabrın 9-da istefa verməsindən sonra boşdur.

Məlumdur ki, Amerika lideri artıq bu yerə Dövlət Departamentinin mətbuat katibi Hizer Noyerti dəvət edib. Lakin onun bu təklifi qəbul edib-etmədiyi hələ məlum deyil.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31