Tramp seçkiqabağı verdiyi vədlərdən daha artığını yerinə yetirdiyini bildirib

ABŞ prezidenti Donald Tramp 2016-cı ildə seçkiqabağı kampaniya zamanı verdiyi vədlərdən daha artığını yerinə yetirdiyini bildirib.

O, bunu Ohayo ştatında tərəfdarları ilə görüşdə deyib.

"Həqiqətən mən verdiyimdən daha çox vəd yerinə yetirmişəm. Siz nə zaman bir siyasətçidən belə bir bəyanat eşitmisiniz? Bəlkə, heç vaxt? Heç vaxt! Bu barədə danışmaqda da bir məna görmürəm. Çox, çox şeylər", - deyə o bildirib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31